İqtisadiyyat

Vergini artıran qiymət

İqtisadçı Rövşən Ağayev yazır ki, 2022-ci ilin yanvar-oktyabr aylarına dair rəsmi makroiqtisadi göstəricilər əhalinin cibindən çıxan vergilərdə inflyasiyanın böyük payı olduğunu göstərir: “Statistikaya görə, Azərbaycan iqtisadiyyatı yanvar-oktyabr aylarında real olaraq 5,2 faiz, nominal olaraq 54 faiz böyüyüb. Qeyri-neft sektoru üzrə real artım 9,7 faiz, nominal artım 23 faiz göstərilir.

Milli hesablar sisteminin əsas göstəricilərindən biri kimi məhsula və idxala vergilər nominal ifadədə 29,2 faiz, real ifadədə 8,1 faiz artıb. Bu, qiymət amili ilə bağlıdır. Məhsula və idxala vergilərə xarici ticarət vergiləri və daxildə məhsula tətbiq olunan dövriyyə vergiləri daxildir. Yanvar-oktyabr aylarında dolayı vergilərin artımına töhfə verən qiymət səviyyəsi rəsmi elan olunan inflyasiya səviyyəsini ən azı 7 faiz ötür”.

Bənzər yazılar

Back to top button