GündəmSiyasət

Yalnız bu yolla Azərbaycan-Ermənistan arasında normallaşmaya nail ola bilərik – Putin

Sərhədin delimitasiyası, nəqliyyat və humanitar məsələlərlə bağlı qərarlar Bakı və İrəvana sülh müqaviləsi bağlamağa imkan verəcək.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Prezidenti Vladimir Putin İrəvanda keçirilən KTMT sammitində deyib.

“Yalnız sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması və humanitar problemlərin həlli ilə bağlı əldə olunmuş razılaşmaları ardıcıl olaraq yerinə yetirməklə biz Ermənistanla Azərbaycan arasında münasibətlərin dayanıqlı normallaşmasına nail ola bilərik. Ümid edirik ki, bu, yekunda İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına imkan verəcək”, – deyə Putin qeyd edib.

Bənzər yazılar

Back to top button