İdman

Bir oyunda 1000-dən çox ötürmə – Ağlasığmaz rekordlar

Noyabrın 23-də İspaniya yığması dünya çempionatının qrup mərhələsində ilk oyunu keçirilib və Kosta-Rikanı 7:0 hesabı ilə məğlub edib.

Aut.az “Opta Sport” statistik portalına istinadən xəbər verir ki, İspaniya əlavə vaxtlar istisna olmaqla, dünya çempionatında bir oyunda 1000-dən çox ötürmə edən ilk komanda olub.

İspaniya millisi hər matçda dəqiq ötürmə (976) və topa sahib olmaq (81,8%) üzrə də rekorda imza atıb. Topa dəqiq nəzarət sayəsində ispaniyalılar Kosta-Rika futbolçularına öz qapılarına bir dəfə də olsun zərbə endirməyə imkan verməyiblər.

Bənzər yazılar

Back to top button