GündəmHadisəManşet

DTX Naxçıvanda Gömrük Komitəsinin sədrini və müavinini saxladı

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində araşdırmalara başladığı iddia edilir.

“Gündəlik Naxçıvan” əməliyyat çərçivəsində saxlanılanların arasında Naxçıvan Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və onun müavini Səbuhi Novruzovun da olduğunu iddia edib.

İddiaya görə, Naxçıvan Gömrük Komitəsindəki mənbə bildirib ki, yoxlamalar dünəndən başlanıb:

“Yoxlamalar davam edir. Dünəndən işçilərin hamısını Gömrük Komitəsinə yığıblar, onların bəziləri ilə əlaqə saxlamaq mümkün deyil. Nə baş verdiyini, kimin həbs olduğunu da açıqlamırlar. Yaxın admlardan aldığım məlumata görə, artıq 10-a qədər adam həbs olunub. Onların arasında komitə sədrinin və müavininin olduğu da deyilir. Əməliyyatı Bakıdan gələn yüksək vəzifəli 5 DTX işçisi aparır. Onlar heç kimə etibar etmirlər. Muxtar respublikada yüksək vəzifəlilər, məmurlar arasında böyük qorxu yaranıb. Heç kim danışmaq istəmir. Onlar zəng edərkən də ehtiyatla danışırlar”.

Qeyd edək ki, Səbuhi Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yeznəsi, Səhət Həbibbəyli isə AMEA-nın sədri, akademik İsa Həbibbəylinin oğludur.

Bənzər yazılar

Back to top button