DünyaSiyasət

Ərdoğan Avropa liderləriylə tele-görüş keçirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makron və Almaniya Baş naziri Angela Merkel ilə üçlü telefon görüşməsi reallaşdırıb.

Qaynarinfo xəbər verir ki, Ərdoğan tele-görüşdə Almaniyanın Hanau bölgəsindəki irqçi hücumda həyatını itirənlərə başsağlığı verərək yaralılara şəfa diləyib, baş verən qanlı olayı ksenofobiya, ayrıseçkilik və İslam qarşı hücum kimi lənətlədiyini deyib.

Suriya rejimi və tərəfdarlarının İdlibdəki təcavüzünün dayandırılması gərəkdiyini bildirən Ərdoğan insani böhranın qarşısını almaq üçün konkret hərəkətlərlə güclü dəstək verilməli olduğunu vurğulayıb.

Ərdoğan Liviya xalqının sülh, firavanlıq və sabitliyi təmin etmək üçün əzmli siyasət apararaq daim birlikdə çalışmalı olduqlarını liderlərə çatdırıb.

Bənzər yazılar

Back to top button