İdman

Messinin kürəyinə şillə vuran Əli ona nə deyib?

Səudiyyə Ərəbistanı yığmasının müdafiəçisi Əli Əl-Bulahi Argentina ilə oyunda Lionel Messiyə sataşıb.

Aut.az xəbər verir ki, o, komandası ikinci qolu vuran zaman Leoya yaxınlaşıb və onun kürəyinə iki şillə vurub və nəsə deyib. Qarşılaşmadan sonra Əl-Bulahi Messiyə nə dediyini açıqlayıb:

“Ona dedim ki, qalib gələ bilməyəcəksiniz”.

Həmin vaxt isə qarşılaşmanın başa çatmasına, təxminən 30 dəqiqə qalırdı.

Səudiyyə Ərəbistanı qrup mərhələsinin ilk turunda Argentinaya qalib gəlib – 2:1.

Bənzər yazılar

Back to top button