DünyaManşet

Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fiaskoya uğradığını bildirib

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, o, “Ermənistan və Azərbaycan arasındakı vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işini fiasko kimi şərh etməyə hazırdır”, – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı dövlət başçılarının sammitindən sonra bildirib.

“Vladimir Putin, Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev, Sadır Japarov və Emoməli Rəhmonun Paşinyanla Yerevan görüşünün nəticəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Azərbaycana hərbi təzyiqilə barədə öz revanşist gündəmini keçirə bilməyən Ermənistan rəhbərliyinin fiaskosu oldu.

Əsas səbəb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı dövlət başçılarının Azərbaycanla qarşıdurmada Ermənistanın aqressiv revanş planlarını dəstəkləməkdən imtina etməsidir. Nikol Paşinyan rejiminin təşkilat qarşısında çox konkret tələbləri vardı: onun qüvvələri, yəni ilk növbədə Rusiya ordusu əvvəlcə şərti Ermənistan-Azərbaycan sərhədində dayanmalı, sonra isə hazırda Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin yerləşdiyi strateji yüksəklikləri tutmalıdır. Buna ancaq bir yolla nail olmaq olar – Azərbaycan qoşunları ilə döyüşə girməklə. Ermənistan demək olar ki, Azərbaycanın müttəfiqləri və tərəfdaşlarından – Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandan Yerevanın əvəzinə Bakı ilə sərhəddə silahlı münaqişəyə girməyi tələb edib”,- Andrey Petrov “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycana qarşı revanşda Ermənistana imtina cavabı verdi” məqaləsində yazır ( “Vestnik Kavkaza”).

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevan sammiti Azərbaycanda müzakirə olunur. Milli Məclisin deputatı Rasim Musabəyov şəbəkədə öz səhifəsində qeyd edib ki, Putinin Yerevana səfəri Paşinyana heç nə vermədi. O da cavab olaraq sammitin yekun sənədlərinin qəbuluna mane oldu.

“Moskva tərəfdən cavab gedişi gözləyirik. Əgər məsələ “Lars” sərhəd-keçid məntəqəsində erməni sürücülər və ixracatçılar üçün problemlərlə və ya istilik mövsümünün ortasında qaz kəmərinin qəfil təmirilə məhdudlaşarsa, təəccüblənərəm.

Müdafiə məsələləri üzrə ukraynalı ekspert Vladimir Kopçak Paşinyana tövsiyə edir ki, öz təhlükəsizliyilə bağlı əlavə tədbirlər görsün. Paşinyanın çoxlu düşmənləri var, 44 günlük müharibədən sonra əllərində xeyli silah qalıb və KİV-də söyüşdən, mitinq təzyiqindən terrora keçid tez baş verə bilər. Sammitin yekunlarına gəlincə, demək olar ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında sədrliyi təhlükəsizlik və Azərbaycana qarşı iddialara dəstək baxımından ona heç nə vermədi”, – Musabəyov hesab edir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevan sammiti bu təşkilatın süqutunun əlamətləri kimi tarixə düşəcək.

“Putin müttəfiqləri toplayıb, halbuki, onlar çoxdandır müttəfiq olmaq istəmirlər”, – gürcü şərhçi Gela Vasadze sammiti xarakterizə edib.

Putinin dövlət başçılarından ölkələrin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa tələsməməsini xahiş etdiyi bildirilir. Cavab olaraq Lukaşenko öz parlaq fikirlərilə Putini təəccübləndirib. O, bir neçə nəfərin yanında deyib: “Volodya, narahat olma, mən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını axırda tərk edəcəm”. Sonra bir saniyə fikirləşib və əlavə edib: “Ya da birinci”. İştirak edənlər gülüblər, amma başa düşmək lazımdır ki, Lukaşenkonun dedikləri zarafat deyil, əla təhlükə hissi olan adamın reallığa baxışdır”, – “General SVR” teleqram-kanalı bildirib.(Turan)

Bənzər yazılar

Back to top button