Siyasət

“Xovayev İrəvana səfərdən sonra Bakıdadır, sülh müqaviləsi müzakirə olunur”

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Yeniavaz.com xəbər verir ki, görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq Ermənistan tərəfinin üzərinə düşən öhdəlikləri icra etməməsi, Soçidə keçirilmiş son görüş və onun nəticələri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

İqor Xovayevin Azərbaycana səfərinə Rusiya XİN də münasibət bildirib.

“Hadisələrin qarşısını almaq üçün Rusiya hər iki ölkə ilə siyasi səviyyədə əlaqələr saxlayır, sülhməramlılar və sərhəd xidmətləri vasitəsilə əməkdaşlıq edir. Moskva Cənubi Qafqazda sülhün bərqərar olması üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində fəaliyyətini davam etdirəcək. Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev artıq İrəvana səfər edib və Ermənistanın siyasi rəhbərliyi ilə bir sıra məsləhətləşmələr aparıb. İndi o, Bakıdadır, sülh müqaviləsi məsələsi də müzakirə olunur”, – Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

https://t.me/SputnikArmenia/45089

Bənzər yazılar

Back to top button