Siyasət

Sergey Lavrovdan Qarabağla bağlı açıqlama

“Dağlıq Qarabağdakı vəziyyət xeyli düzəlib, baş verən xırda hadisələr isə Rusiya sülhməramlıları tərəfindən qısa müddət ərzində həll edilir”.

AzToday.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Yerevanda Ermənistan xarici işlər naziri Ara Ayvazyanla görüşü zamanı bildirib.

Onun sözlərinə görə, hazırda müsbət meyllər görürük. Ərazidəki vəziyyət xeyli dərəcədə yoluna qoyulub: “Rusiya sülhməramlı heyəti təhlükəsizliyin təminatçısıdır. Bütün əməliyyatlar zamanı labüd olan xırda hadisələr sülhməramlı hərbçilərimizin səyləri ilə qısa müddətdə və səmərəli şəkildə həll edilir”.

O, Baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun “fəal və ahəngli şəkildə” çalışdığını deyib: “Bu fəaliyyətin bundan sonra da davam edərək Cənubi Qafqazdakı dayanlıqı iqtisadi inkişafı təmin etmək üçün rəsmi Bakı ilə Yerevan arasında dialoqun qurulmasına töhfə verməsində maraqlıyıq”.

Bənzər yazılar

Back to top button