GündəmSiyasət

Ceyhun Bayramov: “Ermənistan Laçın dəhlizindən Qarabağa silah daşımaq üçün istifadə edir”

Ermənistan Qarabağa silah göndərmək üçün Laçın dəhlizindən istifadə edir, bu, əvvəllər əldə edilmiş razılaşmalara ziddir. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov cümə axşamı jurnalistlərə deyib.

“Dəhlizdən təyinatı üzrə istifadə olunmur və buna son qoyulmalıdır. Azərbaycan bundan ötrü lazımi addımları atacaq”, – Bayramov deyib.

2021-ci ildə Qarabağda basdırılan minalar oraya Laçın dəhlizilə çatdırılıb, nazir qeyd edib.

“Ermənistan üçtərəfli bəyanatın fundamental prinsiplərini pozur və bütün erməni hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması barədə öhdəliyi yerinə yetirmir”, – Ceyhun Bayramov deyib.

Bənzər yazılar

Back to top button