Hadisə

“Sədərək”dəki yanğından 5 nəfər zəhərləndi – 60 mağaza yandı (VİDEO/FOTO)

“Sədərək” ticarət mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.

Qaynarinfo xəbər verir ki, yanğında beş nəfər tüstüdən zəhərlənib, bir nəfər isə yüngül xəsarət alıb.

İlkin məlumata görə, yanğın başlayan korpusda 60-a yaxın mağaza tamamilə yanıb.

Onlardan ikisi 160 kvadratmetrlik ayaqqabı mağazalarıdır.

*09:19

“Hazırda Sədərək Ticarət Mərkəzindəki yanğın məhdudlaşdırılıb”.

Bunu açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib.

G.Mehdiyevanın sözlərinə görə, səhər saatlarından başlayan yanğının söndürülməsinə nazirliyin Dölət Yanğından Mühafizə xidmətinin və Xisusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub:

“Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur”.

*08:10

Bakıda ticarət mərkəzində yanğın baş verib.

Qaynarinfo xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki “Sədərək” ticarət mərkəzində qeydə alınıb.

Ticarət mərkəzinin birinci zonasında cərgənin tavanında başlanan yanğın qısa müddətdə mağazalara keçib.

Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub.

Yanğının qarşısının alınması istiqamətində işlər görülür.


Bənzər yazılar

Back to top button