Dünya

Paşinyanın komandası da onun istefasını tələb edir

Ermənistanda hakim “Mənim addımım” fraksiyasında təmsil olunan deputatlar arasında baş nazir Nikol Paşinyandan narazılıq halları artır.

Noyabrın 10-da kapitulyasiyadan sonra fraksiyanın üç üzvü bloku tərk edib və bir neçə yüksək vəzifəli məmur istefa verib. Hazırda iqtidar komandasında baş nazirin istefası tələbə ilə bağlı ciddi fikir ayrılığı yaranıb.

“İrates” nəşrinə açıqlama verən erməni deputatlardan biri deyib: “Əlbəttə, Nikol getməlidir. Kimsə görübmü ki, müharibəni uduzan rəhbər öz vəzifəsində qalsın? Baş verənlərlə barışmamışıq. Sadəcə olaraq ölkəni daha da sarsıtmaq və sərt açıqlamalar vermək istəmirik. Özümüzə yer tapa bilmirik, məlum hadisələr hamı kimi mənə də sürpriz oldu”.

Adı açıqlanmayan deputat fraksiya üzvlərinin təqribən 80%-nin Paşinyanın istefasının tərəfdarı olduğunu bildirib: “Paşinyan getsə də, növbədənkənar parlament seçkilərindən əvvəl komandamızdan biri onu əvəz edəcək. Məsələn, baş nazirin müavini Tiqran Avinyan və ya digər nazir Suren Papikyan müvəqqəti bu işi icra edə bilər”.

Virtualaz.org

Bənzər yazılar

Back to top button