Hadisə

Nelli Fabriçnayanın işi üzrə məhkəmədə okkultist ortaya çıxıb

akı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyev “Murov” şirkətinin rəhbəri Əfqan Zeynalovun şirkətin kadrlar şöbəsinin müdiri Nelli Fabriçnayaya qarşı iddiası üzrə şahidlərin dindirilməsini davam etdirib. Zeynalov Fabriçnayanı onun atasının mənzilində quraşdırılmış şəxsi seyfdən 700 min manatdan çox pul oğurlamaqda ittiham edir. Proses zamanı həmçinin pul oğurluğunu gizlətmək üçün Fabriçnayanın Zeynalovu qəsdən və gizli şəkildə zəhərləməsi versiyası da səslənir. İstintaq mərhələsində qəsdən zəhərlənmə versiyası rədd edilib.

1 saylı istintaq təcridxanasında saxlanılan müttəhim özünü təqsirli öz günahını inkar edir.

Cümə axşamı iki şahid dindirilib. Məhkəmə dini xidmət göstərməklə pul qazanan Gülçöhrə Mehdiyevanı çağırıb. O, müraciət edən vətəndaşların sifarişilə dua (ovsun) yazır, aldığı pullarla təkbaşına üç uşaq böyüdür.

Məhkəməyə ona görə çağırıblar ki, “Murov” şirkətinin təmizlikçisi Mehriban Atakişiyeva (Zeynalov onu da pul oğurluğunda ittiham edib və qadın pulları ona qaytarıb) Mehdiyevaya dua sifariş edib. Buna görə ona 1000-1200 manata yaxın pul verib. Mehdiyeva və Atakişiyevanın qohumluq əlaqələri var.

Mehdiyeva deyib ki, Fabriçnayanın ailəsində düşmənçiliyə son qoyulması, Fabriçnaya və Zeynalov arasında münasibətlərin yaxşılaşması, Fabriçnayanın sevgilisilə barışması üçün dualar yazıb. Bu sifarişləri Atakişiyevadan alıb.

O, Zeynalovla telefon söhbətində Allaha müraciətin ən təsirli forması kimi duanın ceyran dərisinə yazılması barədə sifarişi müzakirə etdiyini təkzib edib: “Belə dua bahadır”.

Mehdiyeva məhkəməyə kasıblara kömək edən Zeynalovun xeyriyyəçiliyindən danışıb. Şahid məhkəmənin əsas məqsədilə bağlı hakimin bir çox sualına “bilmirəm”, “eşitməmişəm” sözləri ilə cavab verib.

İkinci şahid Mehriban Atakişiyevanın oğlu Vüqar Əliyev olub. O, “Mercedes Vito” markalı mikroavtobus almaq niyyətində olduğunu bildirib, “Murov” şirkətində həmin maşında sürücü işləmək istəyirmiş. Bundan ötrü öz avtomobilini satıb, çatmayan 29 min manata yaxın pulu anası və xalası verib. Amma sonda mikroavtobus almaq baş tutmayıb.

V.Əliyev Fabriçnayanın ona və anasına böyük maliyyə yardımı göstərdiyini təsdiqləyib. Müttəhim Atakişiyevanın evinin təmiri, televizor, soyuducu, kondisioner və qaz sobasının alınması üçün pul verib. Atakişiyeva və onun uşaqları Qəbələdə və Qubada istirahət ediblər, Fabriçnaya maliyyələşdirib. O, Vüqara 3 min manata yaxın qiyməti olan mobil telefon alıb.

V.Əliyev Nellinin pul ödədiyini görməyib. Pulu həmişə anası ödəyib, ancaq bilirmiş ki, Fabriçnaya və Zeynalov xeyriyyəçilikdə iştirak edirlər.

Zeynalov ondan oğurlanan məbləğ barədə şirkətdə danışdıqdan sonra Atakişiyevalar ailəsi borc və lombard vasitəsilə 70 min manat yığaraq Zeynalova veriblər. Hakimin sözlərinə görə, Atakişiyevanın mənimsədiyi bütün məbləğ Zeynalovdan oğurlanıb.

Hakim Faiq Qəniyev 706 min manatdan artıq maddi ziyanın Fabriçnaya tərəfindən Zeynalova ödənilməsi barədə mülki iddianın məhkəmə tərəfindən tanınması ilə bağlı ittiham tərəfinin vəsatətinə baxıb. Bu məbləğ Zeynalov tərəfindən hesablanıb və 614 min manatdan, həmçinin bu məbləğdən 7 faizlə 43 min, sonuncu məbləğdən 8 faizlə 49 min manatdan ibarətdir.

Vəkil Rzayev etiraz edərək hakimə xatırladıb ki, bu məbləğin həqiqətən mövcudluğu sübuta yetirilməyib, Zeynalov isə məhkəmədə bildirib ki, həmin pulları zibillikdən tapıb. Lakin qısa məşvərətdən sonra hakim oğurluq iddiası üzrə cinayət cəzasından əlavə, cavabdehin Zeynalova qaytarmalı olduğu 704 min manatdan artıq məbləğ üzrə iddianı baxılmaq üçün qəbul edib. Əgər məhkəmə Fabriçnayanı ittiham olunduğu cinayətlərdə təqsirli bilərsə, bu, baş verəcək.(Turan)

Bənzər yazılar

Back to top button