Cəmiyyət

Vasif Talıbov Elçibəyin kəndinə getdi – Foto

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ordubad rayonunun Kələki kəndinə gedib.

Yeniavaz.com “Nuhçıxan İnformasiya Agentliyi”nə istinadla xəbər verir ki, buna səbəb sözügedən kənddə aparılan kompleks quruculuq işləridir.

Belə ki, burada V. Talıbovun iştirakı ilə kənd mərkəzi, xidmət mərkəzi, orta məktəb və kənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində anadan olub.

Qeyd edək ki, son günlər yerli KİV-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı qurumlarında, o cümlədən Dövlət Gömrük Komitəsində yoxlamalar aparması haqqında məlumatlar yayılıb. Bu gün – noyabrın 24-də isə artıq qanunsuzluqlarla bağlı Naxçıvanda həbslərin başladığı bildirilir.

Bənzər yazılar

Back to top button