İqtisadiyyat

Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə Transxəzər dəhlizinin inkişafı üzrə Yol Xəritəsi qəbul edib

Cümə günü Aktau şəhərində Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının görüşü Yol Xəritəsinin qəbulu ilə başa çatıb.

Tərəflər beynəlxalq nəqliyyat marşrutlarının sürətləndirilmiş inkişafı və Xəzər-Qara dənizi regionunda əməkdaşlığın möhkəmləndirilməsi üzrə tədbirləri müzakirə ediblər və razılaşdırıblar, bu barədə Qazaxıstan XİN-in məlumatında deyilir.

Qazaxıstan nümayəndələri Xəzər regionunun tranzit-nəqliyyat potensialının artırılması və infrastrukturunun inkişafı zərurətini qeyd ediblər. Transxəzər dəhlizinin potensialının artırılması üçün konkret qərarların qəbul edilməsi təklif olunub.

Tədbirin yekunlarına görə tərəflər 2022-2027-ci illər üçün problemlərin aradan qaldırılması və “Orta dəhliz”in inkişafı üzrə Yol Xəritəsini imzalayıblar.

Razılaşmaların həyata keçirilməsi 2025-ci ilə qədər Transxəzər dəhlizinin buraxılış qabiliyyətini ildə hazırki 1,5 mln. tondan 10 mln. tona qədər artırmağa imkan verəcək, deyə məlumatda qeyd edilir.

Bənzər yazılar

Back to top button