ManşetSiyasət

Dövlət Departamenti: Moskva dondurulmuş münaqişələrdən öz strateji məqsədləri üçün istifadə edir

Birləşmiş Ştatlar Moskvanın münaqişələri dondurmaq və onlardan öz strateji maraqları üçün istifadə etmək istəməsini “anlayır”, cümə günü Dövlət Departamenti bildirib.

“Biz bunu əvvəlki bir neçə münaqişədə gördük və indi də bir neçə dondurulmuş münaqişədə görürük. Ona görə də biz Milad ərəfəsində Ukraynada atəşkəslə bağlı Rusiyanın bəyanatına skeptik yanaşdıq”, – ABŞ Dövlət Departamentinin mətbuat katibi brifinqdə deyib.

“Bizim skeptik yanaşmamız özünü doğruldur, çünki biz münaqişənin əvvəlində Rusiyanın Mariupolda humanitar atəşkəsə çağırdığını və eyni zamanda özünün bunu pozduğunu gördük”, – o deyib.

Vaşinqton ehtiyat edir ki, Moskva yenidən silahlanma, yenidən qruplaşma və böyük amansızlıqla təkrar hücum etmək üçün istənilən fasilədən istifadə edəcək.

“Biz ədalətli dünya görmək istəyirik və bu, dondurulmuş münaqişə deyil, Ukraynanın müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin tanınmasıdır”, – Prays vurğulayıb. (Turan)

Bənzər yazılar

Back to top button