İdman

İranlı futbolçular dövlət himnini oxuduqlarına görə fitə basıldı

DÇ-2022-nin 2-ci turunda hazırda Uelslə qarşılaşan İran millisi öz azarkeşləri tərəfindən fitə basılıb.

Qol.az xəbər verir ki, futbolçular oyundan əvvəl səsləndirilən ölkələrinin himnini oxuyublar. Azarkeşlər buna etiraz olaraq komandanı fitə basıb.

Məsələ burasındadır ki, komanda ik turda etiraz əlaməti olaraq dövlət himnini oxumamışdı və bu, azarkeşlərin alqışına səbəb olmuşdu. Onlar bu jestlə 22 yaşlı Məhsa Əmininin çarşabını çıxardığı üçün polislər tərəfindən öldürülməsinə etiraz etmişdi. Futbolçuların bugünkü oyunda himni oxuması isə azarkeşlərin narazılığına səbəb olub.

Bənzər yazılar

Back to top button