Hadisə

“Bershka” və “Zara”da müştərilərin çantasını oğurlayan Güllü imiş

Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən “Gənclik Mall” Ticarət Mərkəzində “Bershka” mağazasından və “Zara” qadın geyimləri dükanından müştərilərin çantalarını oğurlan şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, hadisəni 1992-ci ildə Bakı şəhərində anadan olmuş Gülü Talıbovanın törətdiyi məlum olub.

Gülü Talıbovanın müştəri qismində daxil olduğu mağazalarda iki müştərinin çantasını oğurlaması məlum olub. O, müştərilərin birinə 285 manat, digərinə 2886,92 manat ziyan vurub.

Qadın mağazaya daxil olaraq paltarlara baxıb və oğurluğu törədib. O, geyinmə-soyunma otağına daxil olaraq orada müştərilərə məxsus piştaxtanın üstündə qoyulan çantaları götürübmüş.

O da məlum olub ki, Gülü Talıbova oğurladığı çantadan götürdüyü bank kartı ilə “Gənclik Mall”da övladlarına bazarlıq edibmiş.

Məhkəmənin hökmü ilə Gülü Talıbova Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza çəkdiyi müddət ərzində elektron qolbaqda gəzəcək.

Bənzər yazılar

Back to top button