İdman

Ronaldu, Holand, Keyn, Mbappe: 2023-cü ilin bombardiri kimdir?

“Bayern”in mərkəz hücumçusu Harri Keyn Almaniya çempionatının 12-ci turunda “Köln”lə qarşılaşmada komandasına qələbə qazandırıb.

Fanat.az xəbər verir ki, görüş 1:0 hesabı ilə hazırkı ölkə çempionunun xeyrinə başa çatıb.

“Opta”nın hesablamasına görə, bu, 30 yaşlı bombardirin 2023-cü ildə vurduğu 49-cu qol olub. Keyn hesabında hərəyə 48 qol olan Erlinq Holand və Kriştianu Ronaldunu qabaqlayaraq bu göstəricidə liderdir. Kilian Mbappenin isə 47 uğurlu zərbəsi var.

Xatırladaq ki, Harri ötən yay London“Tottenhem”indən “Bayern”ə keçib. Onun transfer məbləği təxminən 100 milyon avro təşkil edib.

Bənzər yazılar

Back to top button