İqtisadiyyat

Praqa Çexiya-Mərkəzi Asiya dəmir yolu turizm marşrutu açmağı təklif edir

Türkiyə Ankara və Qars arasında hərəkət edən “Şərq ekspresi” dəmir yolu marşrutunun Bakıya qədər uzadılmasını təklif edir, “Anadolu” agentliyi bildirib.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu noyabrın 24-25 Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin görüşündə bildirib ki, Bakı-Tbilisi-Qarsı dəmir yolunun istifadəyə verilməsilə təkcə yük daşımalarının deyil, həm də sərnişin daşımalarının əhəmiyyəti artıb. “Bu yaxınlarda Gürcüstana səfərim zamanı cənab Rəşad Nəbiyevə (Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri) sərnişindaşıma xəttinin Bakıya qədər uzadılmasını təklif etdim”, – Karaismailoğlu bildirib.

Türkiyənin Nəqliyyat Nazirliyinin rəhbəri qeyd edib ki, bu yaxınlarda Ankara Çexiya Dəmir Yolları Əməkdaşlıq Assosiasiyasının üzvlərindən birindən müraciət alıb və orada 2024-cü ilə qədər Çexiyadan başlayaraq Qazaxıstana qədər (Çexiya, Slovakiya, Macarıstan, Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan, Özbəkistan və Qazaxıstan marşrutu) turist daşımalarının təşkilini təklif edirlər.

“Qeyd etmək istərdim ki, bu istiqamətdə maneələrin aradan qaldırılması üçün daha çox səy göstərilməlidir”, – Karaismailoğlu deyib.

“Anadolu” qeyd edib ki, Karaismailoğlu həmçinin Türk Dövlətləri Təşkilatı zonasında avtomobil daşınmaları üzrə Birgə Koordinasiya Şurasının yaradılmasını təklif edib. Nazir “Zəngəzur dəhlizi”nin açılması ideyasının əhəmiyyətinə də toxunub. “Hesab edirik ki, “Zəngəzur dəhlizi”nin açılışı və bu dəhlizin davamı olaraq Naxçıvan-Qars dəmir yolunun tikintisinin başa çatması ilə ölkələrimiz arasında nəqliyyat əlaqələri aktivləşəcək”, – o deyib.

“Şərq expresi” son illərdə turistlər arasında böyük populyarlıq qazanıb. Qatarın tutumu 120 nəfərdir. Turistik “Şərq expresi” 9 vaqondan ibarətdir, bunun 2-i xidmət, 1-i yeməkxana və 6-ı yataq yerləri üçün nəzərdə tutub. Yataq vaqonlarının ümumi tutumu 120 nəfərdir.

Bənzər yazılar

Back to top button