Siyasət

Orta dəhlizin inkişafı və istismarı üzrə “2022-2027-ci illər üçün Yol Xəritəsi” təsdiqlənib

Noyabrın 25-də Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin görüşündə üç ölkənin ərazisindən keçən Orta dəhlizin inkişafı və istismarı üzrə “2022-2027-ci illər üçün Yol Xəritəsi” qəbul edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Görüş zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, “bu format qardaşlıq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu ölkələr arasında tərəfdaşlığın daha da genişləndirilməsi üçün mühüm platformalardan biridir”.

O, Orta dəhlizin bir hissəsi kimi Zəngəzur dəhlizinin əhəmiyyətini və perspektivlərini qeyd edib.

Regionda bütün kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsinə xidmət edəcək, nazir vurğulayıb.

Türkiyə, Azərbaycan və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşü bu il iyunun 27-də Bakıda keçirilib.

Bənzər yazılar

Back to top button