GündəmSiyasət

Mina terroru: Neçə azərbaycanlı erməni vəhşiliyinin qurbanı olub? – Rəqəmlər açıqlandı

“Azərbaycanda 10 noyabr 2020-ci il tarixindən 3 noyabr 2023-cü ilə tarixinə qədər 50 mülki şəxs mina partlayışı nəticəsində ölüb, 107 mülki şəxs isə yaralanıb”.

AzToday.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında məlumat verib.

Məlumata görə, bu dövr ərzində mina partlaması nəticəsində 15 hərbçi həlak olub, 164 hərbçi isə xəsarət alıb.

Prezidentin köməkçisi bildirib ki, yuxarıda qeyd edilən dövr ərzində ümumilikdə 65 nəfər mina partlaması nəticəsində həlak olub, 271 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Hikmət Hacıyev onu da qeyd edib ki, 1991-ci ildən indiyə kimi Azərbaycanın 3415 nəfər mina qurbanı olub. Onlardan 357 nəfəri uşaq və yeniyetmə, 38 nəfəri isə qadındır.

“Azərbaycanda mina qurbanları əsasən, mülki şəxslərdir. Demək olar ki, hər həftə daha bir ölümcül və qanlı mina partlayışının şahidi oluruq”, – Hikmət Hacıyev əlavə edib.

Bənzər yazılar

Back to top button