Gündəm

Qarabağ səmasında ermənilərə məxsus kəşfiyyatçı pilotsuz uçuş aparatı ələ keçirilib

Azərbaycan hərbçiləri Qarabağda Azərbaycan mövqelərinin üzərində kəşfiyyat uçuşları həyata keçirən erməni kvadrokopterini tutublar.

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-da saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib”, – Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Aşkar eilən kvadrokopter xüsusi üsulla yerə endirilib və ələ keçirilib, hərbi idarənin bəyanatında məlumatında deyilir.

Bənzər yazılar

Back to top button