Gündəm

Ermənilər Azərbaycanın Daşkəsən, Ağdam və Xocavənddəki mövqelərini atəşə tutublar

Noyabrın 26-da saat 00:05-dən 00:20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan ordusunun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bundan əlavə, saat 09:25-dən 10:10-dək qanunsuz erməni silahlı birləşmələrinin üzvləri Azərbaycan ordusunun Ağdam və Xocavənd istiqamətlərindəki mövqelərini atəşə tutublar.

Azərbaycan ordusunun həmin istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb, Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, gecə atəşi Azərbaycan hərbçiləri açıblar.(Turan)

Bənzər yazılar

Back to top button