Hadisə

Həbsdə olan nazir azadlığa çıxmaq üçün Ali Məhkəməyə müraciət etdi

Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədov azadlığa buraxılması üçün Ali Məhkəməyə müraciət edib.

AzToday.az unikal.az-a istinadən xəbər verir ki, onun işinə Ali Məhkəmədə baxılacaq.

Bildirilib ki, Əhməd Əhmədovun azadlığa buraxılması gözlənilir.

Xatırladaq ki, Ə.Əhmədov Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci, 308-1.2-ci, 311.3.2-ci, 311.3.3-cü və 341.2.3-cü maddələri ilə ittiham olunub. O, 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsininin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bənzər yazılar

Back to top button