İdman

Millimizin yeni baş məşqçisi: Qurban Qurbanov?

AFFA-nın Robert Prosineçki ilə başa çatan müqaviləni yeniləməməsindən sonra yığmamızın baş məşqçisinin kim olacağı maraqla gözlənilir.

AzToday.az yenicag.az-a istindən xəbər verir ki, noyabrın 3-də AFFA-nın İcraiyyə Komitəsinin keçiriləcək iclasında baş məşqçi vəzifəsinə namizədlərlə bağlı müzakirə aparılacaq. Aydın məsələdir ki, assosiasiya rəhbərliyi bu dəfə yerli məşqçiyə etimad götərəcək. Bu durumda isə ən layiqli namizəd Qurban Qurbanovdur.

Bizdə olan məlumata görə, AFFA rəhbərliyi ilə Qurban Qurbanov arasında iclasdan öncə görüş keçiriləcək. Görüş zamanı “Qarabağ”ın baş məşqçisinin yığmanın “sükanı arxası”na keçməsi üçün razılığı alınacaq. Mənbə onu da bildirir ki, Qurbanovun özü də hər iki cəbhədə mübarizə aparmağa razıdır. Onun yığmamızın yeni baş məşqçisi olacağı böyük ölçüdə həll olunub. Çünki AFFA rəhbərliyi də bilir ki, indiki durumda Qurban Qurbanovdan başqa müasir futbolla ayaqlaşan, məhdud imkanlarla da uğur qazana bilən ikinci bir namizəd yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl milli karyerasını bitirən Rəşad Sadıqovun da namizədliyi gündəmdə idi.

Maraq üçün onu da bildirək ki, Qurban Qurbanov eyni zamanda İcraiyyə Komitəsinin üzvüdür.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button