İdman

Vəliəhd şahzadə futbolçulara “Rolls-Royce” hədiyyə etdi

2022 Dünya Kubokunda qrupdakı ilk oyununda böyük sürpriz edərək, turnirin favoritlərindən olan Argentinanı 1:0 hesabı ilə məğlub edən Səudiyyə Ərəbistanından olan futbolçulara böyük hədiyyə veriləcək.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, vəliəhd şahzadə Məhəmməd bin Salman oyunçulara dünyanın ən dəbdəbəli avtomobillərindən biri olan “Rolls Royce Phantom” veriləcəyini açıqlayıb.

Qeyd edək ki, həmin avtomobilin qiyməti 300-400 min dollar (500-700 min manat) arasında dəyişir.

Bənzər yazılar

Back to top button