GündəmManşetSiyasət

Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına daha bir xəbərdarlıq

Qarabağ iqtisadi rayonunun “Dağlıq-Qarabağ ərazisi” kimi qeyd edilməsi yolverilməzdir.

Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə bir daha çatdırırıq ki, müvafiq məlumatlarında yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərdə qeyd olunan düzgün toponimlərlə ifadə edilməsi zəruridir.

27.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert” və “Martuni” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR.

Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən eyni xəbərdarlıq dünən də edilmişdi.

Bənzər yazılar

Back to top button