İqtisadiyyat

Dünyada kərə yağı kəskin ucuzlaşıb – Son qiymət

Son aylarda dünya bazarlarında kərə yağının qiyməti sürətlə ucuzlaşmaqdadır.

Yeniavaz.com xəbər verir ki, ötən ilin dekabr ayında 1 kiloqramı 5,8 dollar (9,7 manat) olan kərə yağı davamlı olaraq bahalanıb və bu ilin mart ayında ən yüksək səviyyəyə 7,1 dollara (12,1 manat) yüksəlib. Mart ayından sonra yenidən ucuzlaşma müşahidə olunub. Bu ayın 15-də kərə yağının qiyməti 4,8 dollara (8,2 manat) düşüb.

Rəqəmlərdən də göründüyü kimi, son 9 ayda kərə yağı dünya bazarlarında 32% ucuzlaşıb.

Lakin maraqlıdır ki, dünya bazarlarında qeydə alınan ucuzlaşma ölkə daxilindəki pərakəndə satış mağazalarında müşahidə edilmir. Hazırda marketlərdə kərə yağının qiyməti 10 dollardan baha (17-18 manat) satılır.

Bənzər yazılar

Back to top button