İdman

“Atamla Messini ancaq futboldan anlamayanlar müqayisə edirlər”

Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın oğlu Dieqo Armando Maradona dünya çempionatında Argentina millisinin Səudiyyə Ərəbistanına uduzmasından danışıb.

Yeniavaz.com xarici KİV-lərə istinadən bildirir ki, Dieqo Armando Maradona Lionel Messi barəsində də danışıb.

Maradonanın oğlu bildirib ki, bu məğlubiyyətə inanmaq çətindir: “Səudiyyə Ərəbistanına uduzmaq ağılsızlıqdır, amma futbolda elə olur ki, daha zəif rəqiblərə uduzursan. Atamla Messini ancaq futboldan anlamayanlar müqayisə edirlər. Söhbət iki fərqli planetdən gedir. Amma mən Messini tənqid etmək istəmirəm”.

Xatırladaq ki, Dieqo Maradona 1986-cı ildə Argentina millisinin heyətində dünya çempionu olub. 25 noyabr 2020-ci ildə əfsanəvi futbolçu 60 yaşında vəfat edib.

Bənzər yazılar

Back to top button