Dünya

Prezident oğlu barədə istintaq prosesi dayandırıldı

Braziliya prezidenti Jair Bolsonaronun oğlu Flavio Bolsonaro barədə başlanan istintaq prosesi dayandırılıb.

Qaynarinfo xəbər verir ki, qərara səbəb F.Bolsonaro barədə məlumatları toplamaq üçün müvafiq qurumlardan lazımi icazələrin alınmamasıdır. İstintaq prosesi 21 noyabra qədər təxirə salınıb.

Qeyd edək ki, Rio de Janeyro məhkəməsi Flavionun keçmiş sürücüsü Fabrisio Keyrozdan onun hesabına 48 dəfə göndərilən şübhəli pul transferlərini araşdırır. F.Keyrozun hesabına son bir ildə 300 min dollar pul yatırılıb və daha sonra çıxarılıb.

Bənzər yazılar

Back to top button