Hadisə

Bu il Azərbaycanda saxlanılan narkokuryerlərin demək olar ki, yarısı iranlıdır

2022-ci ilin 10 ayı ərzində Azərbaycanda narkotik maddələrlə bağlı 9564 cinayət aşkar edilib. Bu barədə arkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-oktyabr ayları üçün məlumatında deyilir.

Cinayətlərin 3181-i narkotik maddələrin satışı, 5902-i əldə edilməsi, 393-ü qanunsuz kultivasiya ilə bağlıdır, 88-i digər cinayətlərdir.

Ümumilikdə, 5 ton 62 kiloqram narkotik maddə (bunun 2 tondan çoxu heroindir), 32 918 ədəd narkotik həb və 2514 ədəd psixotrop maddə götürülüb.

Narkotik maddələrin qanunsuz dövriyyəsilə məşğul olan 80 əcnəbi saxlanılıb. Onların arasında 37 nəfər İran vətəndaşı, Rusiya -16, Türkiyə -11, Gürcüstan -9, Türkmənistan -2, hərəsindən 1 nəfər olmaqla Qırğızıstan, Pakistan, Ukrayna və Maldiv vətəndaşları var. Əcnəbilərdən 1039 kiloqram narkotik və psixotrop maddə götürülüb.

Bənzər yazılar

Back to top button