Dünya

Əsədin müşaviri Ərdoğanın sözləri barədə: “İnanmırıq, ola bilsin seçkilərə görə edirlər”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Əsədlə görüş ola bilər, siyasətdə küskünlük yoxdur. Nəhayət, müvafiq şərtlər daxilində addımlar atacağıq” sözlərinə Suriyadan ilk reaksiya gəlib.

Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, bu barədə Suriya Prezidenti Bəşər Əsədin ən etibarlı adamlarından biri, həmçinin müşaviri Butaina Şaban, mərkəzi ofisi İstanbulda olan “Əl-Şərq” televiziyasına danışıb.

O, bildirib ki,Dəməşq Türkiyədən gələn bütün açıqlamalara inanmır:

“Çünki bunların reallıqla heç bir əlaqəsi yoxdur. Prezident Ərdoğanın açıqlamaları mediaya hesablanmış bir addımdır. Biz Türkiyə hakimiyyətinin mətbuatda verdiyi bütün açıqlamalara inanmırıq, bunlarda rəsmi heç nə yoxdur”.

“Aylardır belə açıqlamalar var. Amma onlar bunu öz mənfəətləri üçün, ola bilsin seçkilər üçün və ya başqa ölkələrə qarşı istifadə etmək və ya başqalarına təzyiq etmək üçün edirlər. Bu bəyanatların öz planları var və onların reallıqla heç bir əlaqəsi yoxdur”, – deyə Şaban bildirib.

Bənzər yazılar

Back to top button