Cəmiyyət

Yağışlar davam edir

Noyabrın 30-da Bakıda və Abşeronda yağış davam edəcək, bəzi yerlərdə yağıntılar intensiv olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 9 dərəcə isti, gecə 6-8 dərəcə isti təşkil edəcək.

Ölkənin rayonlarında da intensiv yağış yağacağı gözlənilir, dağlarda qar yağacağı ehtimalı var, gecə və səhər duman olacaq, güclü şərq küləyi əsəcək.

Havanın temperaturu aran rayonlarında 10-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti təşkil edəcək.

Bənzər yazılar

Back to top button