Cəmiyyət

Mirvari Qəhrəmanlı “İnsan Hüquqları və Biznes sahəsində Mükafat”ın laureatı olub

“İnsan Hüquqları və Biznes sahəsində Mükafat” Fondu Mirvari Qəhrəmanlının rəhbərlik etdiyi Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatını (NHMT) 2022-ci il üçün “İnsan Hüquqları və Biznes sahəsində Mükafat”ın laureatı elan edib.

Laureat bu gün Birləşmiş Millətlər Təşkilatının sahibkarlıq fəaliyyəti və insan hüquqları məsələləri üzrə illik Forumu çərçivəsində elan edilib.

Mükafat “insan hüquqlarının sahibkarlıq fəaliyyətinin mənfi təsirindən qorunması sahəsində böyük nailiyyətlərə görə” hüquq müdafiəçilərinə təqdim edilir.

1996-cı ildə bir qrup neftçi tərəfindən təsis edilmiş NHMT Azərbaycanda neft-qaz şirkətlərinin insan hüquqlarına təsiri məsələləri ilə məşğul olur. Təşkilat neft-qaz sahəsinin işçilərinin hüquqlarını müdafiə edir və böyük neft-qaz layihələrinin ictimai monitorinqinə nail olur. Bundan başqa, təşkilat neft-qaz gəlirlərinin bütün cəmiyyətin mənafeyi naminə şəffaf və ədalətli şəkildə xərclənməsi üzərində işləyir və Azərbaycanın insan kapitalına (təhsil və səhiyyə daxil olmaqla) daha çox sərmayə yatırmağa çağırır.

Kristofor Eyveri (Christopher Avery) Fondunun direktorlar şurasının üzvləri Riqan Ralf (Regan Ralph) və Valeriya Skortsa (Valeria Scorza) bu gün belə deyiblər: “2022-ci il üçün mükafatı NHMT-yə – kiçik, amma neft sahəsinin üstünlük təşkil etdiyi ölkədə insan hüquqlarının müdafiəsi üçün böyük işlər görən çox hörmətli təşkilata təqdim etməkdən şadıq”.

NHMT-nin fəaliyyət dairəsinə neftçilərin hüquqlarının müdafiəsi, ətraf mühitin müdafiəsi, energetika sahəsində layihələrə ictimai nəzarətin təşkili daxildir.(Turan)

Bənzər yazılar

Back to top button