İdman

“Dünya çempionu olmaq istəyiriksə…”

Niderland millisinin baş məşqçisi Lui van Qal DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Ekvadora qalib gələrək (2:1) 1/8 finala vəsiqə qazanmaları barədə danışıb.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis qələbəyə baxmayaraq, bəzi futbolçuların formasının yaxşı olmadığını deyib:

“Biz topa Ekvadordan daha çox sahib idik. İki baxımlı qol vurduq. Ancaq bəzi futbolçuların oyun forması hələ də yaxşı deyil. Memfis Depay da hər iki qolda iştirak etdiyi qələbədə üçün əsas rol oynadı. Onun oyunundan razıyam. Amma 2 aya yaxındır ki, oynamadığı üçün onun qayğısına qalmalıyıq. Dünya çempionu olmaq istəyiriksə, Depay oynamalıdır. Ən vacib olan isə növbəti mərhələyə müsbət aura ilə davam etməyimizdir. Kodi Qakpo gəncdir və o, gələcəkdə böyük ulduz olmaq üçün hər şeyə malikdir”.

Qeyd edək ki, Niderland DÇ-2022-nin 1/8 final mərhələsinə A qrupunun lideri kimi adlayıb. Komanda bu mərhələdə B qrupunun 2-cisi ABŞ-la qarşılaşacaq.

Bənzər yazılar

Back to top button