Dünya

Peruda bir həftə ərzində üçüncü prezident seçildi

Peru Konqresinin deputatı Fransisko Saqasti ölkənin müvəqqəti prezidenti olub.

Qaynarinfo xəbər verir ki, onun seçimi 16 noyabr axşamı baş tutub. Səs verən 97 millət vəkilindən 26 nəfəri ona qarşı çıxıb. Mirta Vasquez isə vitse-prezident təyin edilib.

Saqastinin 17 noyabrda and içəcəyi gözlənilir. O mühəndisdir, Dünya Bankının keçmiş məmurudur. Üstəlik bir həftədə Perunun üçüncü prezidenti seçilmək də onun şansına yazılıbmış.

Bundan əvvəl 15 noyabrda Manuel Merino Perunun müvəqqəti prezidenti vəzifəsindən istefa verdiyini açıqlayıb. O, 10 noyabrdan bu yana dövləti idarə edib, lakin korrupsiyada günahlandırılıb. Bundan qabaq dövlət başçısı haqqında impiçment elan edilmiş Martin Viskarra olub. O da rüşvət üstündə yaxalanıb.

Bənzər yazılar

Back to top button