İqtisadiyyat

Bakıda əmək haqqı 3 manat 20 qəpik azaldı – Rəsmi

Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1065 manat 50 qəpik olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əməkhaqqı əvvəlki dövr ilə (yanvar-avqust) müqayisədə 3 manat 20 qəpik azalıb. Belə ki, bu ilin yanvar-avqust aylarında Bakıda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1068 manat 70 qəpik olub.

Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində Bakıda orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi olub:

Yanvar – 974,7 manat
Yanvar-Fevral – 979 manat
Yanvar-Mart – 1040,9 manat
Yanvar-Aprel – 1066,9 manat
Yanvar-May – 1066,9 manat
Yanvar-İyun – 1065,7 manat
Yanvar-İyul – 1071,8 manat
Yanvar-Avqust – 1068,7 manat
Yanvar-Sentyabr – 1065,5 manat

Bənzər yazılar

Back to top button