Hadisə

Sədr əvəzi Sumqayıt Bələdiyyəsində kütləvi ixtisarlara başladı

Sumqayıt şəhər Bələdiyyəsində kütləvi ixtisarlar başlayır.

Xeberle.com-un əldə etdiyi məlumata görə, artıq bələdiyyədə bir sıra strukturların ləğvinə start verilib. Belə ki, vaxtilə bələdiyyə sədri olmuş Zakir Fərəcov tərəfindən formalaşdırılan və bu illər ərzində effektiv fəaliyyət göstərən, yerli problemlərin aşkarlanması və həllində müəyyən rol oynayan Məhəllə Komitələri ləğv edilib.

Sumqayıtda 127 məhəllə komitəsi fəaliyyət göstərirdi. Bu günlərdə isə qurumda kütləvi ixtisarların aparılacağı gözlənilir.

Qeyd edək ki, Sultan Əsədov istefa verdikdən sonra sədr vəzifəsini müvəqqəti olaraq müavin Sərviz Süleymanov icra edir.

Bənzər yazılar

Back to top button