Dünya

Martda ABŞ və müttəfiqləri ikinci demokratiya sammitini keçirəcəklər

Çərşənbə axşamı Ağ Ev bildirib ki, mart ayında demokratiya üzrə ikinci sammiti keçirəcək. Bu, avtoritarizmə qarşı mübarizə və demokratik ölkələrin vahid cəbhəsinin formalaşmsı üzrə səylərin davamı olacaq. Turan-ın Vaşinqton müxbiri bildirib.

Sammit martın 29-dan 30-dək virtual formatda keçiriləcək. Bundan sonra hökumət, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələrinin iştirakı ilə görüşlər olacaq.

Kosta Rika, Niderland, Zambiya və Cənubi Koreya həmtəşkilatçılar kimi çıxış edəcəklər. İştirakçı dövlətlərin tam siyahısı daxil olmaqla, digər əsas detallar hələ müəyyən edilməyib.

“Biz hesabatlı və şəffaf idarəçiliyin müəyyən etdiyi bir dövrdə yaşayırıq”,- beş həmtəşkilatçının birgə bəyanatında deyilir. “Bütün dünyada demokratiyaya bütün səviyyələrdə tərəfdarlar lazımdır. Şəffaf idarəçilik davamlı rifah, sülh və ədalətin təmin olunmasının ən yaxşı yolu olaraq qalır”.

Mart sammiti 2021-ci ilin dekabrında prezident Co Baydenin təşkil etdiyi və 100-dən çox liderin qatıldığı tədbirin davamı olacaq. Tədbirdə deyilirdi ki, demokratiyadan uzaqlaşmanın ən yaxşı şəkildə necə dayandırılması barədə danışılıb ki, nəticədə demokratiyanın möhkəmləndirilməsi və müdafiəsi məqsədilə 700-dən çox öhdəlik qəbul edilib.

Xatırladaq ki, Ermənistandan fərqli olaraq, Azərbaycan sonuncu sammitə dəvət olunmamışdı. Bu, rəsmi Bakının narazılığına və ABŞ-ın ünvanına tənqidlərə səbəb olmuşdu.

Bənzər yazılar

Back to top button