Dünya

Zelenski Ukraynanın son prezidenti olacaq – Rabinoviç

“Hazırkı dövlət başçısı Vladimir Zelenski ölkənin son prezident olacaq”.

Qaynarinfo xəbər verir ki, bu sözləri “Müxalifət Platforması – Həyat Naminə” partiyasını Verxovna Radada təmsil edən Ukrayna parlamentinin deputatı Vadim Rabinoviç deyib.

Onun fikrincə, Vladimir Zelenskinin hakimiyyətindən sonra insanlar prezidentlik institutundan tamamilə məyus olublar. Rabinoviçin sözlərinə görə, Zelenski seçki kampaniyası dövründə seçicilərinə çox şey vəd edib, amma heç bir vədinə əməl etməyib.

“Mən bir il əvvəl demişdim: “Ukrayna Prezidenti Vladimir Zelenski ya ən uğurlu prezident, ya da Ukraynanın son prezidenti olacaq, çünki biz parlament respublikası olacağıq”. Düşünürəm ki, bu gün ikinci varianta yaxınlaşırıq!” – siyasətçi şikayətlənib.

Bənzər yazılar

Back to top button