GündəmManşetSiyasət

Maykl Karpenter: “ABŞ Azərbaycan və Ermənistan liderlərini yaxınlaşdırmaq üçün “yollar axtarır”

ABŞ Azərbaycan-Ermənistan sülh prosesinə “çox dərindən” cəlb edilib və sülh sazişinin bağlanmasında “çox güclü şəkildə” maraqlıdır, çərşənbə axşamı ABŞ-ın ATƏT-dəki səfiri bildirib.

“Və biz onların liderlərini yaxınlaşdırmaq üçün yollar axtarmağa davam edəcəyik”, – Səfir Maykl Karpenter Ermənistanla Azərbaycan arasında sazişin əldə olunmasında etmək üçün ABŞ-ın diplomatik səylərilə bağlı Turan-ın müxbirinin sualına cavabında deyib.

Çərşənbə axşamı səfir Karpenter Dövlət Departamentinin Brüssel KİV Mərkəzinin təşkil etdiyi onlayn brifinqdə çıxış edib. Turan-ın Vaşinqton müxbiri ondan ATƏT ölkələri Xarici İşlər nazirlikləri rəhbərlərinin Polşa görüşü çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün mümkünlüyü barədə soruşub.

Karpenterin sözlərinə görə, “sirr deyil” ki, ABŞ və onun Avropa İttifaqı üzrə tərəfdaşları Azərbaycan-Ermənistan sülh prosesi üzərində çox sıx işləyirlər və “Yerevanın xahişilə Ermənistan-Azərbaycan sərhədinə müşahidəçilər göndərməklə ATƏT-in potensialından istifadə imkanlarını nəzərdən keçirirlər”, – o deyib.

“Məqsədimiz sadədir: biz istərdik ki, sərhəd mümkün qədər tez delimitasiya olunsun, biz istərdik ki, iki tərəf arasında sülh sazişi mümkün qədər tez imzalansın, regiona sülh və sabitlik qayıtsın, bu regionda yaşayan bütün adamların insan hüquqlarına və təhlükəsizliyinə riayət edilsin və biz Cənubi Qafqazın tarixində yeni səhifə aça bilək”, – Karpenter vurğulayıb.

Bənzər yazılar

Back to top button