İqtisadiyyat

Son 14 ildə bu cür bahalanma olmayıb – Rəsmi statistika

Bu ilin yanvar-iyun aylarında istehlak qiymətləri ötən ilin yanvar-iyun aylarına nisbətən 12,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,4%, qeyri-ərzaq məhsulları üzrə 6,7%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,3% bahalanıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin iyun ayında istehlak qiymətləri əvvəlki ilin iyun ayına nisbətən 14,2% artıb.

Məlumat üçün bildirək ki, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti sonuncu dəfə 14 il əvvəl – 2008-ci ildə 18,4%-dən yükəsk olub. 2008-ci ildə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 28,6% bahalanıb. Sonrakı illərdə ən yüksək bahalanma 2017-ci ildə olub – 16,4%.

Onu da qeyd edək ki, cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, düyünün, vaflinin, peçenyenin, manna yarmasının, kolbasa məmulatlarının, toyuq ətinin, pendirin, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, kivinin, limonun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, limonadın, pivənin, tütün məmulatlarının, ucuzlaşma isə əsasən mal ətinin, bananın, gilasın, albalının, əriyin, xiyarın, pomidorun, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bənzər yazılar

Back to top button