Hadisə

Sabiq aparat rəhbərinin həbs müddəti artırıldı

Xəbər verdiyimiz kimi, bu ilin aprel ayında Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyev korrupsiyada ittiham olunaraq həbs olunub.

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində Abbas Rzayevin sədrliyi ilə iyunun 26-da keçirilən növbəti məhkəmə prosesi zamanı R.Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.

Rasim Quliyevin bu qərardan apellasiya şikayəti verəcəyi bildirilib .

Qeyd edək ki, R.Quliyev 1990-cı ildə tələbə hərəkatının liderlərindən biri olub və 1992-ci ilin dekabr ayında AXC-Müsavat hakimiyyəti dövründə siyasi məhbus kimi həbs edilib. O, 1993-cü ildə aclıq aksiyasına başlayıb və nəhayət Heydər Əliyevin müdaxiləsindən sonra azadlığa buraxılıb. (unikal.org)

Bənzər yazılar

Back to top button