Dünya

Xersonda hərbi cinayətlər araşdırılır

ABŞ-ın Xerson vilayətində yoxaçıxmalar və saxlanmalara dair son hesabatı Ukraynanın bu şəhərinin işğalı zamanı rusiyalı hərbçilər tərəfindən kütləvi hərbi cinayətlərin olmasından xəbər verir.

Bəzi məlumatlara görə, Rusiya hakimiyyəti sonradan repressiyaya məruz qalan yerli məmurların, vətəndaş cəmiyyəti fəallarının, vətənpərvər şəxslərin və milli azlıqların nümayəndələrinin siyahısını əvvəlcədən hazırlayıb. Bu barədə noyabrın 29-da brifinqdə Yel Universiteti humanitar araşdırmalar laboratoriyasının icraçı direktoru Nataniel Reymond bildirib.

Onun sözlərinə görə, Rusiya güc qurumlarının etiraz aksiyası iştirakçılarının fotolarından istifadə etməsinə və veteranları, əsasən Donbasda hərbi əməliyyatların iştirakçılarını, hüquq-mühafizə orqanlarının əməkdaşlarını və yerli ekstren xidmətlərin işçilərini təqib etdiyinə dair sübutlar var. “Onlar Krım tatar liderlərini də təqib ediblər və bu, əhalinin planlı şəkildə təmizlənməsi olub”, – o deyib.

Xersonun azad edilməsindən iki həftə sonra 8 ay işğal altında olan şəhərdə baş vermiş 226 məhkəmədənkənar saxlanma və zorla yoxaçıxma halları sənədləşdirilib.(Turan)

Bənzər yazılar

Back to top button