Siyasət

Bayramov və Lavrov Ermənistan-Azərbaycan nizamlanmasını müzakirə edəcəklər

Dekabrın 5-də Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü olacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova çərşənbə günü brifinqdə bildirib.

Onun sözlərinə görə, Lavrov və Bayramov Azərbaycan-Ermənistan nizamlanması ətrafında vəziyyəti müzakirə edəcəklər.

“9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və bu il oktyabrın 31-də üçtərəfli razılaşmaların yüksək səviyyədə müzakirəsiə və həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək. Onlar kompleks normallaşmanı təmin etmək üçün nəzərdə tutulub”, – Zaxarova bildirib.

O əlavə edib ki, bir sıra regional və beynəlxalq məsələlərə də toxunulacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button