Bizim seçimGündəmHadisəManşetÖnə çıxanlar

Əhmədzadənin kürəkəni tarixi binada yeni obyekt aldı: Yüzlərlə ailənin həyatı təhlükədə

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin kürəkəni, polis zabiti İlham Rəcəbovun Bakıda aldığı yeni obyekt narazılıqlara səbəb olub.

AzToday.az xəbər verir ki, Yasamal rayonu, Hüseyn Cavid pr, 520 kvartal, ev 19, mən 30 ünvanında İlham Rəcəbovun övladlarından birinin adına aldığı mağaza qonşuları narahat etməyə başlayıb. Belə ki, polis polkovniki yeni obyektinin genişləndirilməsi üçün sözügedən ünvanda bir mənzil də alıb və həmin mənzillə yeni obyekti arasındakı divarı sökdürüb.  Məşhur “Ağ Ciçəyim” gul mağazasının fəaliyyət göstərdiyi arxitekturalı binanın istinad divarının sökülməsi həmin binada yaşayan sakinlərin həyatı üçün təhlükə yaradıb.

Sakinlərin Yasamal rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyi və başqa müvafiq qurumlara etdiyi şikayətlərə baxmayaraq, İlham Rəcəbov arxitekturalı binada təmir işləri aparmaqda davam edir. İcra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi isə sakinlərin şikayəti ilə bağlı heç bir tədbir görməyib. Hələ də yüzlərlə ailənin yaşadığı tarixi binanın istinad divarının sökülməsinin sakinlərin həyatı üçün təhlükə yaratdığının fərqində deyillər.

Görünür, İlham Rəcəbov müvafiq qurumları özünəməxsus yollarla razı saldığından ona “gözün üstə qaşın var” deyən tapılmır.

İlham Rəcəbovun qanunsuz əməlləri ilə bağlı etirazlarını davam etdirəcəyini deyən sakinlər AzToday.az-a bildiriblər ki, həyatları üçün yaranan təhlükənin qarşısı alınmayacağı təqdirdə aksiyalara başlayacaqlar. Çünki başqa əlacları qalmayıb.

Qeyd edək ki, istifadəyə verilmiş bina və qurğularin yükdaşıyan inşaat konstruksiyalarınını müvafiq qurumların icazəsi olmadan sökülməsi birbaşa cinayət işinin başlanması üçün əsas verir.

Polis polkovnikinin sakinlərin həyatı üçün yaratdığı təhlükə ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən və Fövqəladə Hallar Nazirliyindən münasibət öyrənmək mümkün olmadı…

Orxan Abbasov

AzToday.az

Bənzər yazılar

Back to top button