Digər

Azərbaycan və Özbəkistan Hərbi Hava Qüvvələri komandanlarının görüşü

Çərşənbə günü Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov Özbəkistan Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı Əhməd Burxanovu qəbul edib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, Tahirov Azərbaycanla Özbəkistan arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahəsində əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.

Öz növbəsində Burxanov qeyd edib ki, iki dövlət arasında müsbət əlaqələr hər iki ölkənin Hərbi Hava Qüvvələrinin inkişafına töhfə verəcək.

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

Back to top button