Digər

Polşa Ukraynanın qərbini ilhaq etmək istəyir? – Səfirlik Narışkinin bəyanatını təkzib edir

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, Polşa Ukrayna tərəfinə yardıma görə kompensasiya kimi Ukraynanın qərb hissəsini anneksiya etməyə hazırlaşır.

“Polşa Lvov, İvano-Frankovsk və Ukraynanın Ternopol vilayətinin böyük hissəsinin anneksiyasına hazırlığı sürətləndirir”, – Narışkin Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumata istinadən RİA Novosti agentliyinə bildirib.

Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Narışkinin bəyanatını qəti şəkildə təkzib edərək, onu təxribat xarakterli və yalan adlandırıb.

Narışkinin bəyanatı noyabrın 26-da Polşanın baş naziri Mateuş Moravetskinin Kiyevə səfərindən və orada liderlərin “Ukraynadan taxıl” təşəbbüsü üzrə konfransında iştirakından sonra səslənib.

Kiyevdə Moravetski Rusiyanı faşist Almaniyası ilə müqayisə edib. O bildirib ki, 1942-43-cü illərdə faşist Almaniyası öz məğlubiyyətinin yaxınlaşdığını anladıqdan sonra total müharibəyə başlamışdı. Bu gün Rusiya da müharibədə uduzduğunu anlayıb, ona görə də yeni üsullardan istifadə edir.

Ukraynanın şərqindəki son itkilərdən sonra Rusiya dinc əhaliyə ziyan vuraraq mülki infrastrukturun tam məhvinə əl atıb.(Turan)

Bənzər yazılar

Back to top button