GündəmManşetSiyasət

Lavrov: Qərb Rusiyanı Bakı-Yerevan danışıqlar prosesindən kənarlaşdırmaq istəyir

Qərb ölkələri ATƏT-in Minsk Qrupunu dağıdıb, indi isə RF-nin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə vasitəçilik səylərinə müdaxilə etməyə çalışırlar. Bu barədə RF XİN başçısı Sergey Lavrov dekabrın 1-də keçirilən videokonfransda bildirib.

Lavrovun sözlərinə görə, Rusiya sərhədin delimitasiyası məsələsində Ermənistana və Azərbaycana kömək edir və sülh müqaviləsinin razılaşdırılmasına kömək edəcək.

“Paralel olaraq biz digər oyunçuların bu proseslərə müdaxilə etmək cəhdlərini müşahidə etdik”, deyə o qeyd edib və əlavə edib ki, Ukraynada müharibə başladıqdan sonra Paris və Vaşinqtonun şəxsində Qərb rəsmi olaraq bildirib ki, heç bir məsələdə Rusiya ilə əməkdaşlıq etməyəcək. “Bununla da onlar ATƏT-in Minsk Qrupunun fəaliyyətinin başa çatdığını bəyan ediblər”, deyə Lavrov bildirib.

İndi fransızlar da, amerikalılar da, Avropa İttifaqı da “tərəflərin Rusiyanın iştirakı ilə əldə etdiyi razılaşmaları özəlləşdirməyə” çalışırlar.

“Məsələn, Brüsseldə delimitasiya komissiyasının iclasını keçirirlər. Ermənilər də, azərbaycanlılar da nəzakətli insanlardır, onlar oraya gedirlər. Amma təkcə Rusiyanın Baş Qərargahında mövcud olan keçmiş ittifaq respublikalarının xəritələri olmadan delimitasiyanı necə müzakirə etmək olar, bunu təsəvvür etməkdə çətinlik çəkirəm”, deyə nazir əlavə edib.(Turan)

Bənzər yazılar

Back to top button